Rusiyanın Naxodka limanında "Zaliv Amerika" adlı tankerdə partlayış baş verib.
APA TASS-a istinadla xəbər verir ki, partlayış nəticəsində tankerdə olan heyət üzvlərindən iki nəfər ölüb, bir nəfər itkin düşüb.
Limanın Təcili Xilasetmə Bölməsi faktı təsdiqləyib. Lakin partlayışın başvermə səbəbləri barədə əlavə məlumat verilməyib.
Hadisə ilə bağlı araşdırmaya başlanıb.