Zaxarova almaniyalı jurnalistləri Rusiyadan çıxarmaqla hədələyib

Zaxarova almaniyalı jurnalistləri Rusiyadan çıxarmaqla hədələyib
# 05 mart 2024 14:42 (UTC +04:00)

Almaniya hakimiyyət orqanları rusiyalı müxbirlərə toxunarsa, alman jurnalistləri Rusiyanı tərk edəcəklər.

APA xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Solovyov Live" "Youtube" kanalının efirində deyib.

"Demək istəyirəm ki, onlar (Almaniya hakimiyyət orqanları-red) Berlindəki diplomatik kanallar vasitəsi ilə bu barədə artıq məlumatlandırılıblar. Əgər onlar rusiyalı müxbirlərə toxunsalar, planlarını sona qədər çatdırsalar, alman jurnalistləri Rusiyanı tərk edəcəklər", deyə Rusiya XİN sözçüsü qeyd edib.

Kamilla Kazımova

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR