ABŞ Dövlət katibi Entoni Blinken öz uğursuzluqlarını örtmək üçün Rusiya xarici işlər naziri Sergey Lavrovun G20 Sammitində təcrid olunmasına dair uydurmalar yayır.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O, Blinkenin özünün izolyasiya vəziyyətində olduğunu qeyd edib.