Ermənistan rus sərhədçilərinin Zvartnots hava limanından çıxarılması bağlı müraciət etməyib.
APA xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinq zamanı deyib.
Ermənistan parlamentinin spikeri Alen Simonyanın Rusiya sərhədçilərinin İrəvanın Zvartnots hava limanından çıxarılmasının vacibliyinə dair səsləndirdiyi fikirləri şərh edən Zaxarova deyib ki, ölkəsi bunu rəsmi İrəvan təmsilçisinin növbəti qeyri-dost davranış nümunəsi kimi qiymətləndirir:
“Düzdür, parlament sədrinin qaldırdığı mövzulara nə dərəcədə məsul olduğu tam aydın deyil. Bununla bağlı Ermənistan hakimiyyətindən bizə heç bir müraciət daxil olmayıb. Biz başa düşürük ki, aeroportla bağlı məsələ rusiyalı Dmitri Setrakovun ətrafında baş verən hadisələrdən qaynaqlanır. Sizi əmin edə bilərəm ki, Rusiyanın nümayəndələri tərəfindən heç bir qanunsuz hərəkətə yol verilməyib".
Zaxarova: Ermənistan rus sərhədçilərinin Zvartnots aeroportundan çıxarılması üçün müraciət etməyib
28 fevral 2024 16:08 (UTC +04:00)
MDB
Rusiyada miqrant uşaqları üçün orta təhsil ödənişli ola bilər
12:07
13 sentyabr 2024
Şoyqu Şimali Koreyada Kim Çen Inla görüşüb
11:37
13 sentyabr 2024
Rusiyada Böyük Britaniya səfirliyinin 6 əməkdaşının akkreditasiyası ləğv edilib
10:29
13 sentyabr 2024
Ermənistan axtarışda olan ABŞ vətəndaşını Rusiyaya verməkdən imtina edib
00:52
13 sentyabr 2024