Zaxarova: Fransa Ermənistana yararsız hərbi texnika satıb

Zaxarova: Fransa Ermənistana yararsız hərbi texnika satıb
# 22 noyabr 2023 16:47 (UTC +04:00)

Fransa İrəvana qeyri-likvid hərbi texnika satıb.

APA xəbər verir ki, bunu bu gün keçirdiyi brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransanın “Bastion” zirehli maşınlarının Ermənistana göndərilməsini şərh edərkən deyib.

Zaxarovanın sözlərinə görə, Paris həmin texnikanı başqa istiqamətlərdə sata bilmədiyi üçün İrəvana göndərib.

XİN rəsmisi qeyd edib ki, Ermənistana həmin texnikanın tədarük edilməsinin ölkənin təhlükəsizliyinin təmin olunmasına fayda verəcəyi ilə bağlı arqumentlər səsləndirmək sadəlövh görünür:

“Həmin zirehli texnika real döyüş şəraitində çox aşağı effektivlik nümayiş etdirib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR