Bank Of Baku

Zaxarova: Kaliforniyada yanğınlarla mübarizədə məhbuslardan istifadə ikiüzlülükdür

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova

© APA | Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova

# 12 yanvar 2025 02:59 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kaliforniyanın cənubunda meşə yanğınları ilə mübarizədə məhbuslardan istifadə edilməsini ikiüzlülük adlandırıb.

APA xəbər verir ki, bu barədə diplomat “Telegram” kanalında yazıb.

“Kaliforniyanın cənubunda meşə yanğınlarının söndürülməsi üçün yüzlərlə məhbus əraziyə cəlb edilib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, onlar yanğınla mübarizədə iştirak edən şəxsi heyətin təxminən üçdə birini təşkil edir”, - XİN rəsmisi vurğulayıb.

Eyni zamanda, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi ABŞ-nin Çini məcburi əməkdən istifadə etdiyinə görə dəfələrlə necə tənqid etdiyini xatırladıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR