Bank Of Baku

Zaxarova: "Moskva Türkiyənin hava məkanını bağlamaq qərarına anlayışla yanaşır"

Mariya Zaxarova

© APA | Mariya Zaxarova

# 28 aprel 2022 15:42 (UTC +04:00)

“Moskva Ankaranın Türkiyə hava məkanını Suriyaya uçan Rusiya təyyarələri üçün bağlamaq qərarına anlayışla yanaşır”.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

"Demək istərdim ki, əslində bir aydan çoxdur ki, Ankara bu marşrutdan istifadə etməmək xahişi ilə Rusiya tərəfinə müraciət etmişdi. Bu müraciətin səbəbləri bizə aydın idi və hazırda Rusiya tərəfi bu marşrutdan istifadə etmir. Lakin bu tarixçə bu günün məsələsi deyil, təxminən bir aya yaxındır ki, var”, - Rusiya XİN sözçüsü vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR