Bank Of Baku

Zaxarova: NATO Cənubi Qafqaz respublikalarını öz təsir orbitinə çəkməyə davam edir

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova

© APA | Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova

# 06 may 2025 17:51 (UTC +04:00)

NATO Cənubi Qafqaz respublikalarını öz təsir orbitinə çəkmək kursunu davam etdirir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə aprelin 28-də Gürcüstanda 17 ölkənin, o cümlədən Azərbaycan və Ermənistanın iştirakı ilə başlayan NATO komanda-qərargah təlimlərini şərh edərkən deyib.

O, NATO-nun məlum tədbirini Şimali Atlantika alyansının ekspansiyası adlandırıb: “Heç kəsdə illüziya qalmamalıdır ki, Şimal alyansının Cənubi Qafqazdakı hər bir fəaliyyəti təhlükəsizliyin möhkəmlənməsinə deyil, regionda qeyri-stabillik zonası və hərbi gərginlik yaratmağa istiqamətlənib. Blokun əsas məqsədi region ölkələrinin potensial və resursunu kollektiv Qərbin maraqları naminə istifadə etməkdir. Ümid edirik ki, adıçəkilən respublikalarda belə tədbirlərdə iştiraka tənqidi yanaşacaqlar”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR