Rusiya ilə NATO-nun toqquşma riskləri artır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
F-16 qırıcılarının Ukraynaya mümkün təhvil verilməsi ilə bağlı danışan Rusiya XİN sözçüsü Şimali Atlantika Alyansının getdikcə münaqişəyə daxil olduğunu, ölkəsi ilə NATO-nun toqquşma risklərinin artdığını söyləyib.