Zaxarova NATO-nun yeni baş katibini etibarlı rusofob adlandırıb

Zaxarova NATO-nun yeni baş katibini etibarlı rusofob adlandırıb
# 02 oktyabr 2024 17:38 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NATO-nun yeni baş katibi Mark Rutteni bu mövqedə anti-Rusiya xəttini davam etdirəcək “etibarlı rusofob” adlandırıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib .

O vurğulayıb ki, Rutte artıq London və ya Vaşinqtonu təmsil edən müavinlərinin əhatəsindədir.

“NATO-nun verdiyi qərarlar onun tərəfindən qəbul edilmir və o, yalnız onları səsləndirir və Vaşinqton adından NATO adı altında müəyyən fəaliyyətlərlə məşğul olur.

Bununla yanaşı, Rutte artıq Niderlandın baş naziri kimi atlantiklərin və rusofobların düşərgəsinə alovlu sədaqətini sübut edib və bu, ona alyansın baş katibi vəzifəsini qazandırıb. Etibarlı, belə desək, rusofobdur. Şübhəsiz ki, o, yeni vəzifəsində anti-Rusiya yanaşmalarını davam etdirəcək”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi yekunlaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR