Bank Of Baku

Zaxarova: NATO Rusiya ilə birbaşa hərbi toqquşmanın təhlükəli xəttinə yaxınlaşır

Zaxarova: NATO Rusiya ilə birbaşa hərbi toqquşmanın təhlükəli xəttinə yaxınlaşır
# 20 oktyabr 2022 13:30 (UTC +04:00)

Ukraynanın NATO silahları ilə təchiz edilməsi və Kiyevə hərbi yardım NATO-nu Rusiya Federasiyası ilə birbaşa hərbi toqquşmanın təhlükəli xəttinə yaxınlaşdırır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Zaxarova NATO ölkələrini Kiyev rejiminin himayəsi altında terror fəaliyyətlərinin sponsorları adlandırıb:

“Qərb tərəfindən Ukraynaya verilən silahların qara bazarda qaçaqmalçılığının aylıq dövriyyəsi 1 milyard dolları ötür”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Rusiyalı diplomat şimal alyansının nüvə silahından çəkindirmə təlimlərinə də münasibət bildirib. Onun sözlərinə görə, bu təlimlər Avropadakı vəziyyətə sabitlik qatmır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR