Zaxarova Nulandın istefa qərarına münasibət bildirib

Zaxarova Nulandın istefa qərarına münasibət bildirib
# 05 mart 2024 18:22 (UTC +04:00)

Viktoriya Nuland Bayden administrasiyasının anti-Rusiya kursunun uğursuzluğu səbəbindən istefa vermək qərarına gəlib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland yaxın həftələrdə vəzifəsindən gedəcəyi ilə bağlı məlumata münasibət bildirərkən deyib.

"Səbəbini sizə deməyəcəklər. Amma bu, sadədir - Bayden administrasiyasının anti-Rusiya kursunun uğursuzluğu. Viktoriya Nulandın ABŞ-nin əsas xarici siyasət konsepsiyası kimi təklif etdiyi rusofobiya demokratları daşla dibə sürükləyir. Nə olursa-olsun, bu, onların ondan qopmasına imkan vermir”, – deyə Zaxarova Telegram kanalında yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR