Zaxarova: Rusiya ABŞ-nin aqressiv addımlarını cavabsız qoymayacaq

Zaxarova: Rusiya ABŞ-nin aqressiv addımlarını cavabsız qoymayacaq
# 12 iyun 2024 21:05 (UTC +04:00)

Rusiya Birləşmiş Ştatların aqressiv hərəkətlərini cavabsız qoymayacaq.

APA xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Vaşinqtonun yeni anti-Rusiya sanksiyaları tətbiq etməsinə cavab olaraq bildirib.

“Belə hallarda həmişə olduğu kimi Rusiya bu tip aqressiv hərəkətləri cavabsız qoymayacaq”, - XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Rusiyanın “Rusqazdobıça”, “Arktik LNG 1” və “Arktik LNG 3” şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR