Bank Of Baku

Zaxarova “YouTube” istifadəçilərinə müraciət edib

Mariya Zaxarova

© APA | Mariya Zaxarova

# 09 aprel 2022 12:54 (UTC +04:00)

““YouTube” öz hökmünü imzalayıb”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında yazıb.

"Görünür, “YouTube” öz hökmünü imzalayıb. Kontenti Rusiya platformalarına köçürün və bunu tez edin", - deyə Zaxarova bildirib.

Qeyd edək ki, “YouTube” Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarovanun 17 mart tarixli brifinqinin videosunu bloklayıb.

"Google" şirkətindən bildirilib ki, Rusiya XİN rəsmisinin brifinq videosu "YouTube" şəbəkəsinin video hostinq siyasətini pozduğuna görə bloklanıb.

Bu gün isə Duma TV-nin "Youtube" kanalının bloklandığı barədə məlumat yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR