Bank Of Baku

Zelenski: “Donbasdakı münaqişədə 15 min insan həlak olub”

Vladimir Zelenski

© APA | Vladimir Zelenski

# 14 dekabr 2021 13:47 (UTC +04:00)

Donbasdakı münaqişədə 15 min insan həlak olub.

APA-nın İtaliyanın "La Repubblica" qəzetinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

Ukrayna lideri münaqişənin ədalətli və uzunmüddətli həlli üçün səy göstərməyə hazır olduğunu qeyd edib.

"1,5 milyon ukraynalı evlərini tərk etməyə məcbur olub və onlar daxili qaçqınlara çevrilib. Bu münaqişəni lokal səviyyədə deyil, daha geniş kontekstdə qiymətləndirsək insan itkilərinin daha çox ola biləcəyi aydındır. Xüsusilə ruslar üçün itkilər böyük olacaq. Rusiya cəmiyyəti Ukraynanın başqa hissəsini işğalını öz oğullarının canı ilə ödəməyə hazırdırmı?", -deyə Zelenski sual edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR