Bank Of Baku

Zelenski keçmiş müşaviri Aleksey Arestoviçə sanksiya tətbiq edib

Ukrayna Prezidenti Volodimir Zelenski

© APA | Ukrayna Prezidenti Volodimir Zelenski

# 01 may 2025 17:50 (UTC +04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski keçmiş müşaviri Aleksey Arestoviçə sanksiya tətbiq edib.

APA xəbər verir ki, müvafiq fərman ölkə başçısının saytında dərc edilib.

Sənəddə onun bütün dövlət mükafatlarından məhrum edildiyi, aktivlərinin dondurulması, ticarət əməliyyatları aparmasının qadağan edilməsi qeyd olunur. Arestoviç 2023-cü ilin yanvarında Ukraynanın hava hücumundan müdafiə sistemlərinin səriştəsiz fəaliyyəti nəticəsində Dneprdə çoxmərtəbəli binanın uçması barədə bəyanatından sonra Ukrayna prezident aparatının müşaviri vəzifəsindən istefa verib. O vaxtdan bəri o, dəfələrlə ölkə rəhbərliyini tənqid edib. Həmçinin, 2025-ci ilin martında Arestoviç Ukraynanın gələcəyi üçün Zelenskini vəzifədən uzaqlaşdırmağı məsləhət görüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR