Bank Of Baku

Zelenski Kiyev aeroportunda müşavirə keçirib

Borispol aeroportu

© APA | Borispol aeroportu

# 20 fevral 2022 04:06 (UTC +04:00)

Münhen Təhlükəsizlik Konfransından qayıdan Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin Borispol aeroportunda güc strukturlarının rəhbərləri ilə müşavirə keçirib.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

Bildirilib ki, dövlət başçısı müdafiə və təhlükəsizlik strukturlarının rəhbərlərinin hesabatlarını dinləyib. Prezident ordunun döyüş hazırlığı vəziyyəti barədə də məlumat alıb. Müşavirə iştirakçıları hadisələrin mümkün inkişaf ssenarilərini müzakirə edərək hər bir konkret situasiya üzrə atılacaq addımları müəyyənləşdiriblər. Prezident ordunun maddi-texniki təchizatını gücləndirməyi tapşırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR