Bank Of Baku

Zelenski Rusiya aktivlərinin müsadirə edilməsinə çağırıb

Ukrayna prezidenti Volodimir Zelesnki

© APA | Ukrayna prezidenti Volodimir Zelesnki

# 31 iyul 2025 12:43 (UTC +04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya məxsus aktivlərin müsadirə edilməsinə çağırıb.

APA xəbər verir ki, Ukrayna Prezidenti aktivlərin dondurulmasının kifayət etmədiyini bildirib.

“Biz Rusiyanın müharibə maşınının qarşısını tamamilə almalıyıq. Korrupsiya ilə oğurlanmış pullar da daxil olmaqla, Rusiyanın dondurulmuş hər bir aktivini Rusiyanın aqressiyasından qorunmaq üçün istifadə etməliyik. Bu maliyyə mənbələrini dondurmaq yox, müsadirə etməyin vaxtı çatıb. Onlar sülh üçün xərclənməlidir, müharibə üçün yox”, - Ukrayna lideri vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR