Bank Of Baku

Azərbaycanlı tarzən italyan musiqiçi ilə birgə konsert verəcək

Azərbaycanlı tarzən italyan musiqiçi ilə birgə konsert verəcək
# 03 iyul 2008 14:14 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə - APA. İstanbulun Yedditəpə Universitetinin müəllimi, azərbaycanlı tarzən Arif Azərtürk (Abdullazadə) italyan musiqiçi Cerardo Balestriyeri ilə birgə konsert verəcək. APA-nın Türkiyə bürosunun xəbərinə görə, konsert Venesiya şəhərindəki “Teatre nouva”nın sponsorluq etdiyi layihə çərçivəsində baş tutacaq. Eyni layihə çərçivəsində sonrakı konsert Neapol şəhərində olacaq. Proqram avqustun 4-nə qədər davam edəcək. Konsertlərin diski və albomu hazırlanacaq. Layihə çərçivəsində Türkiyə, Fransa və İsveçrədə də konsertlər verilməsi planlaşdırılır. İyulun 22-27-də isə Torino şəhərində keçiriləcək musiqi yarmarkasında Arif Azərtürk Azərbaycan tarını, udunu və türk sazını tamaşaçılara tanıdacaq.
Qeyd edək ki, 1967-ci ildə Bakıda anadan olan Arif Abdullazadə Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasını bitirib. O, 1993-cü ildən bəri Türkiyədə yaşayır. Türkiyə Mədəniyyət Nazirliyində və Qaziantəp Konservatoriyasında işləyib. Hazırda Yedditəpə Universitetində musiqi dərsi verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR