Musiqili Komediya Teatrının balet truppası Türkiyədə keçiriləcək “Dədə Qorqud” Beynəlxalq Festivalında iştirak edəcək
04 iyul 2008 13:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının balet truppası 15-20 iyul tarixlərində Türkiyədə keçiriləcək “Dədə Qorqud” Beynəlxalq Festivalına qatılacaq. Teatrın direktor müavini Elxan Ocaqov APA-ya bildirib ki, festivalda balet truppası ilə yanaşı, solistlər - əməkdar artist Xanım Qafarova və Ramil Qasımov da çıxış edəcəklər. E. Ocaqov müxtəlif rəqslərin nümayiş etdiriləciyini və mahnıların ifa olunacağını söyləyib. Bununla yanaşı, teatr kollektivi bu ilin oktyabrında Novosibrskə qastrol səfərinə gedəcək. Qastrol səfəri çərçivəsində Qara Qarayevin “Çılğın qaskoniyalı” və İmra Kalmanın “Bayadera” tamaşalarının nümayişi nəzərdə tutulub.
Mədəniyyət siyasəti
Azərbaycan milli mətbəxi Türkmənistanda təqdim olunub
13:30
4 may 2024
Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini bölüşməyə hazırdır
19:40
3 may 2024
Nazirlik "Azərbaycanfilm" və Nizami Kino Mərkəzinin AKİ-yə verilməsi təklifinə münasibət bildirib
19:34
3 may 2024
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
18:08
3 may 2024