Bank Of Baku

Azərbaycan İordaniya ilə mədəniyyət və turizm sahəsində əməkdaşlıq edəcək

Azərbaycan İordaniya ilə mədəniyyət və turizm sahəsində əməkdaşlıq edəcək
# 08 iyul 2008 12:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan və İordaniya mədəniyyət və turizm sahəsində əməkdaşlıq edəcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Bu razılıq mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin İordaniyaya səfəri çərçivəsində İordaniyanın mədəniyyət naziri Nensi Bəkir ilə görüşü zamanı əldə olunub. Əldə olunan razılığa əsasən, iki ölkə arasında qarşılıqlı mədəni aksiyalarının, mədəniyyət günlərinin keçirilməsi, kitabxana və muzeylər arasında əməkdaşlıq haqqında müqavilələrin imzalanması, teatr və musiqi kollektivlərinin qastrol səfərlərinin təşkili nəzərdə tutulur. Görüş zamanı Nensi Bəkir 2009-cu ildə Bakı şəhərinin İslam dünyasının paytaxtı elan olunması ilə əlaqədar keçiriləcək tədbirlərdə İordaniyanın da fəal iştirak edəcəyini diqqətə çatdırıb. İordaniyaya səfər çərçivəsində nazir Ə. Qarayev İordaniyanın turizm və tarixi abidələr naziri Maha Xətiblə də görüşü keçirilib. Görüşlərdə turizm sahəsində ikitərəfli əməkdaşlıq, turist şirkətləri arasında birbaşa əlaqələrin yaradılması məsələləri müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR