Pirşağının “Qum hamamı”nda bərpa işləri aparılır
09 iyul 2008 13:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Sabunçu rayonunun Pirşağı kəndində yerləşən Qum hamamında bərpa işləri aparılır. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, yerli əhəmiyyətli memarlıq abidəsi olan hamamın konservasiyasına cari ilin aprelindən başlanılıb. Hamam yerli əhali arasında “Qum hamamı” kimi tanınır. Hamamın binası Pirşağı kəndinin sakini Hacı Şahverdi tərəfindən XIX əsrdə inşa edilib. Memarlıq abidəsinin mühafizə edilməsi məqsədilə divarların konservasiyası və hörgünün inyeksiya ilə gücləndirilməsi, dam örtüyünün hidroizoləediciliyini nəzərə almaqla bərpası, günbəzlərin bərpası, abidənin ərazisinin hasarlanması və abadlaşdırılması nəzərdə tutulur.
Mədəniyyət siyasəti
Ölkəmizdə Tacikistan Mədəniyyəti Günləri başlayır
17:27
19 may 2024
Muzeylərdə “Açıq qapı” günü elan olunur
18:24
17 may 2024
Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb
17:55
17 may 2024
Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib
17:22
17 may 2024