Azərbaycan filmləri Avstraliyada keçiriləcək festivalda iştirak edəcək
14 iyul 2008 12:20 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Cənubi Qafqaz Müstəqil Kino Xadimləri Assosiasiyası və Beynəlxalq Kinoprodüserlər Assosiasiyaları Federasiyası Avstraliyada keçiriləcək Asiya-Sakit okean filmləri festivalına təqdim edilmək üçün Azərbaycan filmlərinin qəbulunu elan edib. Cənubi Qafqaz Müstəqil Kino Xadimləri Assosiasiyasının Azərbaycandakı daimi nümayəndəliyi - “Nərimanfilm” şirkətindən APA-ya verilən məlumata görə, festivalda dünyanın 70-dən çox ölkəsi təmsil olunacaq. Festival bədii, tammetrajlı cizgi, tammetrajlı sənədli və tammetrajlı uşaq filmləri kateqoriyaları üzrə keçiriləcək. Bu il avqustun 15-də film qəbulu başa çatacaq və noyabrın 11-də mükafatlandırma mərasimi keçiriləcək.
Qeyd edək ki, ən yaxşı filmlərlə yanaşı, ən yaxşı rejissor işi, ən yaxşı ssenari, ən yaxşı qadın rolu, ən yaxşı kişi rolu nominasiyaları üzrə qaliblər də mükafatlandırılacaq.
Qeyd edək ki, ən yaxşı filmlərlə yanaşı, ən yaxşı rejissor işi, ən yaxşı ssenari, ən yaxşı qadın rolu, ən yaxşı kişi rolu nominasiyaları üzrə qaliblər də mükafatlandırılacaq.
Mədəniyyət siyasəti
Qırğız Mədəniyyəti Günləri başa çatıb
11:34
27 aprel 2024
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
13:04
26 aprel 2024
Dövlət Xidməti: Bakıda reklam lövhəsi vurulan tarixi binaya təkrar baxış keçiriləcək
15:35
25 aprel 2024
Heydər Əliyev Mərkəzində Qırğızıstanın incəsənət ustalarının konsert proqramı təşkil olunub - FOTO
19:50
24 aprel 2024