Luvr muzeyində Azərbaycanın da dəstəyi ilə islam incəsənətinə həsr olunmuş qalereya açılacaq
17 iyul 2008 12:09 (UTC +04:00)
Bakı. Zaur Nurməmmədov APA. Fransanın məşhur Luvr muzeyində islam incəsənəti nümunələrinin saxlanılacağı yeni qalereyanın təməlqoyma mərasimi keçirilib. APA-nın “Associated Press”ə istinadən yaydığı məlumata görə, mərasimdə Fransa prezidenti Nikola Sarkozi və Səudiyyə Ərəbistan şahzadəsi Əl-Valid bin Talal iştirak ediblər. N. Sarkozi mərasimdəki çıxışında deyib ki, yeni qalereya islam dininin nailiyyətləri və mahiyyətini yaxından öyrənməyə imkan yaradacaq. O bildirib ki, əsl islam tərəqqi, müasirlik və incəlik deməkdir.
Qeyd edək ki, qalereyanın yaradılmasına 100 milyon dollar ayrılıb. Bu məbləğin 31,8 milyonunu Fransa, 26,9 milyonunu Səudiyyə Ərəbistanı, qalanını isə Azərbaycan, Oman, Küveyt kimi müsəlman ölkələri və bir sıra şirkətlər veriblər. Qalereyada 2 mindən çox islam incəsənəti nümunəsi toplanacaq. Qalereya 2010-cu ilin sonunda ziyarətçilər üçün açılacaq.

Mədəniyyət siyasəti
Azərbaycan milli mətbəxi Türkmənistanda təqdim olunub
13:30
4 may 2024
Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini bölüşməyə hazırdır
19:40
3 may 2024
Nazirlik "Azərbaycanfilm" və Nizami Kino Mərkəzinin AKİ-yə verilməsi təklifinə münasibət bildirib
19:34
3 may 2024
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
18:08
3 may 2024