Kalininqrad vilayətinin Elmi Kitabxanasında “Azərbaycan guşəsi” yaradılıb
23 iyul 2008 10:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Rusiyanın Kalininqrad vilayətinin Universal Elmi Kitabxanasında “Azərbaycan guşəsi” yaradılıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, kitabxanaya Heydər Əliyev, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycanın tarixi, qədim dövlətçiliyi, iqtisadiyyatı, neft siyasəti, mədəniyyəti, incəsənəti, adət-ənənələri, Dağlıq Qarabağ problemi haqqında kitab və elektron nəşrlər, lüğət və ensiklopediyalar, Azərbaycan dilini öyrənənlər üçün vəsaitlər göndərilib. Hazırda həmin kitabların sərgisi keçirilir.
Mədəniyyət siyasəti
Qırğız Mədəniyyəti Günləri başa çatıb
11:34
27 aprel 2024
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
13:04
26 aprel 2024
Dövlət Xidməti: Bakıda reklam lövhəsi vurulan tarixi binaya təkrar baxış keçiriləcək
15:35
25 aprel 2024
Heydər Əliyev Mərkəzində Qırğızıstanın incəsənət ustalarının konsert proqramı təşkil olunub - FOTO
19:50
24 aprel 2024