İran ərazisindəki Azərbaycan abidələrinin siyahısının hazırlanması nəzərdə tutulub
29 iyul 2008 15:45 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. “İran ərazisindəki erməni kilsələri UNESCO-nun mədəni irs siyahısına daxil edilib. Nazir müavini Ədalət Vəliyevin rəhbərliyi ilə nümayəndə heyətimizin Tehrana səfəri zamanı irad və təkliflərimiz İran tərəfinə çatdırılıb və ilin axırına kimi bu ölkə ərazisində olan Azərbaycan abidələrinin siyahısının, o cümlədən Xudafərin körpüləri haqqında məlumatın hazırlanması nəzərdə tutulub”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O, Azərbaycan aşıq sənətinin UNESCO-nun qeyri-maddi mədəni abidələr siyahısına salınması istiqamətində işlərin davam etdiyini bildirib: “Dünyanın mədəni irs siyahısına Naxçıvan türbələri və Şəkidəki tarixi abidələrin salınması istiqamətində də işlər görürük. İşğal altında olan ərazilərimizdəki tarixi abidələri isə mədəni irs siyahısına təqdim edə bilmirik, çünki onların bugünkü vəziyyəti haqqında məlumatımız yoxdur”. Ə. Qarayev işğal altındakı torpaqlarda Azərbaycanın 300-ə yaxın tarixi abidəsi olduğunu söyləyib.
Mədəniyyət siyasəti
Azərbaycan QHT-ləri İrəvandakı Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-nun Baş direktoruna açıq məktub göndərib
11:29
7 may 2024
Adil Kərimli Qubada mədəniyyət müəssisələrinə baxış keçirib
18:27
6 may 2024
Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək
18:03
6 may 2024
Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib
16:49
6 may 2024