Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan efirində yayımlanan şou-proqramlara münasibət bildirəcək
Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü Qafar Cəbiyev isə telekanallarda aparıcıların, müğənnilərin geyiminə qarışmadıqlarını söyləyib: “Bizim televiziya yayımı haqqında qanunumuz beynəlxalq təşkilatların rəyi əsasında hazırlanmış sənəddir və Avropada qüvvədə olan analoji qanunların hamısından daha liberaldır. Yəni ola bilsin ki, hər hansı ölkədə müəyyən qadağalar var, amma Azərbaycan qanunvericiliyinə əsasən şura bu məsələlərə müdaxilə etmir”. Q. Cəbiyevin sözlərinə görə, dövlət dilindən istifadə, milli-mənəvi dəyərlərlə bağlı ifratçılıq olduqda MTRŞ məsələyə qarışa bilər.
Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov komissiyada hazırlanan “Mədəniyyət haqqında qanun”da şou-bizneslə bağlı maddələrin də olacağını vurğulayıb: “Azərbaycan dövlətinin vahid mədəniyyət siyasəti var. Yəni biz bilirik ki, nəyi demək, göstərmək olar. Başqa sözlə, ümumi bəşəri qanunlarla yanaşı, milli mentalitetimiz də var. Təbii ki, Azərbaycan mədəniyyətinin milli mentalitetimizə uyğun şəkildə təbliğinə Mədəniyyət və Turizm Nazirliyi cavabdehdir. Bu nazirliyin xüsusi təlimatları olmalıdır və televiziyalara göndərilməlidir. Digər tərəfdən, televiziya, musiqi, kino, sənət, incəsənət, jurnalistika, publisistika üzrə mütəxəssislər müğənnilərin aparıcılığına və şərhçiliyinə, filmlərə münasibət bildirməlidirlər”. N. Cəfərov mütəxəssis rəyinin önəmini xüsusi qabardıb: “Bizim mütəxəssislərimiz orda-burda, daldada fikir söyləməklə, gileylənməklə kifayətlənməsinlər. Efirimizin səviyyəsi ilə bağlı ardıcıl çıxışlar bir ictimai təzyiqdir. İctimai təzyiq olmasa, heç bir qanun, təlimat mövcud çatışmazlıqların öhdəsindən gələ bilməyəcək. Gənclər və İdman Nazirliyi də bu məsələdə öz sözünü deməlidir, çünki müxtəlif şou-proqramlar əsasən gəncliyə təsir edir”. Söhbətin konkret hansısa müğənnidən getmədiyini deyən N. Cəfərov bir çox müqəddəs dəyərlərin əslində bəşəri olduğunu söyləyib: “İndiyə qədər ictimai təzyiq faktoru kimi Aygün Kazımovanın, Röyanın və ya Nisə Qasımovanın aparıcılığı ilə bağlı heç bir ciddi mütəxəssis fikir bildirməyib. Hər kəs deyir ki, şou-biznes mənəviyyatsızlıq, zövqsüzlük təbliğ edir, amma nəticə etibarilə hamı susmaqla onları müdafiə edir. Milli Məclisin mədəniyyət komissiyası kimi məsuliyyətdən qaçmırıq, biz də lazımi məsələləri müzakirə edirik. Amma qanunvericilikdə mənəviyyat məsələsinə dair hər hansı sərt tədbir nəzərdə tutulmayıb. Məncə sənət və peşəkarlıq məsələləri ilə bağlı xüsusi komissiyanın yaradılmasına ehtiyac var, vəziyyət bu şəkildə davam edə bilməz”.
Mədəniyyət siyasəti
Cəlilabadda qədim yaşayış məskəni olan "Oğlantəpə" aşkarlanıb - FOTO
“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirilib - FOTO
Dövlət Xidməti Xətainin heykəlinin lövhə hissəsindəki yazı ilə bağlı məsələni araşdırır
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub
Xəbər Lenti
“Bloomberg”: OPEC+ ölkələri neft hasilatı planını dəyişməyə bilər
Axios: ABŞ və İran arasında danışıqlar nəticəsiz qalıb
Britaniya polisi ABŞ bazasının yaxınlığında saxlanılan şəxslərin avtomobillərində partlayıcı tapmayıb
ABŞ Prezidenti “süni intellekt” termininin “superintellekt”lə əvəzlənməsi barədə sərəncam imzalayıb
Qəzza sektorunda İsrailin hücumları nəticəsində azı 8 nəfər ölüb
Tramp İranın sonda təslim olacağını düşünür
Millətlər Liqası: İspaniya millisi Xorvatiyanı, İsveçrə yığması Şotlandiyanı darmadağın edib
Suriyanın Məsyaf şəhərində hərbi sursat anbarında partlayışlar baş verib
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 18-ə çatıb
Xəzər dənizində zəlzələ baş verib
ABŞ-da ilk kommersiya tipli kiçik modul reaktorunun tikintisinə icazə verilib
Biləsuvarda 10 nəfər qidadan zəhərlənib
Tramp süni intellekt əsaslı dövlət xidmətləri platformasının yaradılmasına dair sərəncam imzalayıb
Tramp ABŞ-da süni intellektin tənzimlənməsi üzrə komitənin yaradıla biləcəyini açıqlayıb
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
Fox News: Heqset ABŞ ordusunda general və admirallar üçün vəzifələrin sayını 20 faiz azaldacaq
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
Merz Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi üçün danışıqlar apardığını bildirib
Fransada 300 mindən çox dövlət sektoru əməkdaşı etiraz aksiyalarına çıxıb
Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb - FOTO
Qazaxıstan və Almaniya Avropaya neft və qaz tədarükü sahəsində əməkdaşlıq edəcək
Pezeşkian: Azərbaycan İranın qonşuluq siyasətində xüsusi yer tutur
Beyləqanda elektrik yarımstansiyasında yanğın söndürülüb - YENİLƏNİB
Kürdəmirdə ildırım 51 yaşlı kişini vuraraq öldürüb
Gümrüdə Rusiyanın 102-ci hərbi bazasının hərbçisi narkotiklə saxlanılıb
Baş nazirinin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb - FOTO
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
Cəlilabadda qədim yaşayış məskəni olan "Oğlantəpə" aşkarlanıb - FOTO
KİV: ABŞ Rusiya və Ukraynanı məhdud atəşkəsi müzakirə etmək üçün oktyabrda Əbu-Dabiyə toplamaq istəyir
Sabah Slovakiya ilə əməkdaşlıq çərçivəsində Azərbaycan istehsalı olan avtomatik minaatan təqdim ediləcək
Slovakiyanın müdafiə naziri Vüqar Mustafayevlə görüşəcək, birgə müəssisənin yaradılması müzakirə ediləcək
Slovakiyanın müdafiə naziri: Azərbaycanın malik olduğu texnologiya və PUA-lar bizim üçün maraqlıdır - MÜSAHİBƏ
Slovakiyanın müdafiə naziri: Azərbaycan suverenliyini və ərazi bütövlüyünü qorumağın mümkün olduğunu göstərib
Naftalan Şəhər İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
Səfir: Tezliklə Slovakiya ilə Azərbaycan arasında birbaşa hava əlaqəsi qurulacaq
Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib
Səfir Elçin Qasımov: Slovakiya və Azərbaycan arasında həqiqi strateji tərəfdaşlıq mövcuddur
Kallas: Aİ Suriya ilə tərəfdaşlığı genişləndirmək niyyətindədir
Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib
Zelenski: Rusiya Sumıda məktəbi bombalayıb, ölənlər var
“The Atlantic”: Tramp Rusiyaya qarşı sanksiyaların yumşaldılması planına razılaşıb
Bakıda qadın qətlə yetirilib, əri saxlanılıb
Zelenski: Belçika Ukraynaya ilin sonunadək üç F-16 qırıcısı verəcək
Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib - YENİLƏNİB
İtaliya qoşunlarının İraqdan çıxarılmasını başa çatdırıb
Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirilib - FOTO