Azərbaycan Milli Kitabxanasında Rusiya Dövlət Milli Kitabxanasının elektron dissertasiya fondunun virtual oxu zalı açılacaq
14 avqust 2008 14:25 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Sentyabrın 11-də Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında Rusiya Dövlət Milli Kitabxanasının elektron dissertasiya fondunun virtual oxu zalı açılacaq. Bu barədə APA-ya Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov məlumat verib. Mərasimdə Rusiya Dövlət Milli Kitabxanasının direktoru Viktor Fyodorov da iştirak edəcək: “Birgə əməkdaşlıq müqavilələrinə əsasən, bizim kitabxananın oxucuları Rusiya Dövlət Milli Kitabxanasının və ABŞ-ın Konqres Kitabxanasının fonduna birbaşa virtual giriş imkanı əldə edib. Amma Rusiya Dövlət Milli Kitabxanasının elektron dissertasiya fondu bu günəcən bizə verilməmişdi. Artıq oxucularımız üçün bu imkan da yaradılır və tələbələr, tədqiqatçılar Moskvaya getmədən bu oxu zalında elmi dissertasiyalarla tanış ola bilərlər”.
K. Tahirov onu da qeyd edib ki, bu oxu zalından istifadə edən oxuculara materialların çap edilməsi yasaq ediləcək.
K. Tahirov onu da qeyd edib ki, bu oxu zalından istifadə edən oxuculara materialların çap edilməsi yasaq ediləcək.
Mədəniyyət siyasəti
Rəqəmsal yaradıcı həftəsonu elan olunur
15:30
30 may 2024
Əməkdar artist Elşən Rüstəmov: “İtkin gəlin”dəki rolumdan sonra mənə deyirdilər, gəl toyumuzda tamada ol - MÜSAHİBƏ
13:42
30 may 2024
Azərbaycan Milli Xalça Muzeyinə direktor təyin olunub
12:05
30 may 2024
Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin olunub
11:54
30 may 2024