İtaliyalı memar Qobustanda Roma və ərəb yazılarının konservasiyasına başlayıb
04 sentyabr 2008 15:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. İtaliyanın “Humidbloc” şirkətinin incəsənət və memarlıq üzrə direktoru Luici Skrinzi Qobustan Milli Tarixi-Bədii Qoruğunun ərazisində yerləşən Roma və ərəb yazılarının konservasiyasına başlayıb. Bu layihə Mədəniyyət və Turizm Nazirliyin təşəbbüsü, İtaliyanın Lombardiya bölgəsi hökumətinin texniki dəstəyi ilə həyata keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Roma yazıları Qobustanda Böyükdaş qayasının aşağı terrasında qaya daşın üstündə qədim alətlər ilə həkk olunub. Qədim latın əlifbası ilə yazılmış 6 sətirdən ibarət kitabədə “İmperator Domisian Sezar Avqust Germanikusun dövrü Lütsi Yuli Maksim XII ildırım sürətli legionun senturiyası” sözlərindən ibarətdir. Yazılar eramızın I-ci əsrində imperator Domisianın zamanında XII-ci Fulminat roma legionunun Azərbaycanda olmasını təsdiq edir. Ərəb yazıları isə ərəb əlifbası ilə, lakin fars dilində XIII-XIV əsrlərdə Yazılıtəpədə daş üzərində yazılıb. İşlərin tamamlanması cari ilin sentyabr ayının sonunda nəzərdə tutulur.
Mədəniyyət siyasəti
Azərbaycan milli mətbəxi Türkmənistanda təqdim olunub
13:30
4 may 2024
Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini bölüşməyə hazırdır
19:40
3 may 2024
Nazirlik "Azərbaycanfilm" və Nizami Kino Mərkəzinin AKİ-yə verilməsi təklifinə münasibət bildirib
19:34
3 may 2024
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
18:08
3 may 2024