Bank Of Baku

Əbülfəs Qarayev: “Fəaliyyətində qanun pozuntuları olan mədəniyyət ocaqlarında araşdırmalar aparırıq”

Əbülfəs Qarayev: “Fəaliyyətində qanun pozuntuları olan mədəniyyət ocaqlarında araşdırmalar aparırıq”
# 05 sentyabr 2008 09:06 (UTC +04:00)
Baki. Ülkər Qasımova-APA. “Təəssüflər olsun ki, iki il müddətində mədəniyyət ocaqlarının fəaliyyəti ilə bağlı istədiyim nəticəni ala bilmədim. Bu gün mənə bir sıra mədəniyyət ocaqlarının fəaliyyətlərində qanun pozuntularının olması barədə məlumatlar verilir. Əlbəttə ki, fəaliyyətində qanun potzuntuları olan mədəniyyət ocaqlarında araşdırmalar aparırıq və bu araşdırmalar yaxın vaxtlarda nəticəsi olacaq”. APA-nın məlumatına görə, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi nazirlikdə bu gün keçirilən kollegiya iclasındakı çıxışında deyib. Nazir bildirib ki, bu kollegiya iclası dövlət başçısı İlham Əliyevin sədrliyi ilə avqustun 5-də Nazirlər Kabinetində 2008-ci ilin birinci yarısınını sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasdakı nitqindən irəli gələn məsələlərlə bağlı Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin qarşısında duran vəzifələrə həsr olunub. Nazir deyib ki, dövlət başçısının tapşırığına əsasən bütün mədəniyyət ocaqları müasir standartlara cavab verməli, mədəniyyət ocaqlarında çalışanların fəaliyyəti təkmilləşdirilməli, iflic vəziyyətdə olan kino şəbəkəsinin inkişafı üçün dayanmadan işlər aparılmalıdır.
Nazir bu günlərdə Mədəniyyət İşçilərinin Respublika Hazırlıq və İxtisaslaşdırma Mərkəzinin direktorunun öz işindən istefa verdiyini və mərkəzin rəhbəri vəzifəsinə Ramazan Şabanovun təyin olunduğunu da qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR