Bank Of Baku

Əbülfəs Qarayev: “Azərbaycanda kino şəbəkəsi iflic vəziyyətindədir”

Əbülfəs Qarayev: “Azərbaycanda kino şəbəkəsi iflic vəziyyətindədir”
# 05 sentyabr 2008 09:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Bu gün Azərbaycanda kino şəbəkəsi iflic vəziyyətindədir. Kinomuzun inkişaf etməsi üçün dayanmadan çalışılmalı və islahatlar həyata keçirilməlidir”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev verib. Nazir respublikada kino sahəsi ilə bağlı olan mədəniyyət ocaqlarının müasir standartlara cavab verəcək formada olmasını bu sahənin inkişafı üçün əsas istiqamətlərdən olduğunu vurğulayıb: “Yaxin vaxlarda Dövlət Film Fondunun yeni binası istifadəyə veriləcək. Orada ən müasir formada tarixi əhəmiyyəti olan filmlər, kino istehsalatı ilə bağlı olan əşyalar, kitablar və lentlərin saxlanılması mümkün olacaq. Bu da tarixi irsimizin və mənəviyyatımızın qorunub-saxlanılmasında mühüm rol oyanacaq”. Ə. Qarayev eləcə də, “Nizami” kinoteatrının əsaslı təmiri üçün tenderin elan olunduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR