Bank Of Baku

Polşada Avropa Şurasının Kino siyasəti üzrə Forumu keçiriləcək

Polşada Avropa Şurasının Kino siyasəti üzrə Forumu keçiriləcək
# 09 sentyabr 2008 13:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. 11-13 sentyabr tarixlərində Polşanın Krakov şəhərində Avropa Şurasının Kino siyasəti üzrə Forumu keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva APA-ya bildirib ki, tədbirdə Avropa Şurasına üzv dövlətlər arasında kino sahəsində qarşılıqlı münasibətlər və Avropa mədəniyyət siyasətində və mədəniyyətlərarası dialoqda kinonun rolu barəsində müzakirələr aparılacaq. Forumda Mədəniyyət və Turizm Nazirliyinin təmsilçiləri də iştirak edəcəklər. Z. Əliyevanın sözlərinə görə, tədbirdə Avropa Şurasının Kiyev Təşəbbüsü Regional Proqramı çərçivəsində Sərhədyanı Kino Əməkdaşlığı layihəsi ilə əlaqədar görüşün keçirilməsi də nəzərdə tutulur. Səfər çərçivəsində həmçinin Avropa Şurasının nümayəndələri ilə Azərbaycanın Eurimages Dəstək Fonduna üzvlük məsələlərinin müzakirəsi planlaşdırılır.
Qeyd edək ki, “Eurimages” Dəstək Fondunun əsas məqsədi Avropa kinematoqrafiyasının inkişafı üçün bu sahənin ilk növbədə maliyyə baxımından dəstəklənməsi, eyni zamanda üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə nail olmaqdan ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR