Bank Of Baku

Avrasiya Kitabxana Assambleyasının Bakıda keçiriləcək iclasında Ermənistan Milli Kitabxanasının iştirakına razılıq verilməyib

Avrasiya Kitabxana Assambleyasının Bakıda keçiriləcək iclasında Ermənistan Milli Kitabxanasının iştirakına razılıq verilməyib
# 09 sentyabr 2008 14:21 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Avrasiya Kitabxana Assambleyasının (AKA) növbəti iclası Bakıda keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, AKA-nın iclasının Bakıda M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının 85 illik yubileyi çərçivəsində 17-19 noyabr tarixlərində keçirilməsi barədə razılıq əldə edilib. Hazırda Assambleyaya Belarus Milli Kitabxanasının direktoru, professor Roman Motulski rəhbərlik edir. Azərbaycan tərəfinin təkidli tələbi ilə AKA-nın Bakıda keçiriləcək növbəti iclasında Ermənistan Milli Kitabxanasının iştirakına razılıq verilməyib. Sözügedən iclasda üzv-kitabxanalar arasında kitabxana-informasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, kitabxana işinin müasir tendensiyalarının və “Now-How” texnologiyalarının kitabxanalara tətbiqi və digər məsələlər müzakirə olunacaq. Bundan başqa, informasiya resurslarının formalaşması sahəsində də təcrübə mübadiləsi keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Avrasiya Kitabxana Assambleyasına (AKA) 11 kitabxana üzvdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR