Bank Of Baku

Yeni tədris ilində Bakı Musiqi Akademiyasında bir sıra yeniliklər olacaq

Yeni tədris ilində Bakı Musiqi Akademiyasında bir sıra yeniliklər olacaq
# 10 sentyabr 2008 11:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Yeni tədris ilində Bakı Musiqi Akademiyasında bir sıra yeniliklər olacaq. Bu barədə APA-ya akademiyanın rektoru, xalq artisti Fərhad Bədəlbəyli məlumat verib. O, bu tədris ilində xarici ölkələrdən dəvət ediləcək tanınmış musiqiçilər və professorların iştirakı ilə master-klaslar keçiriləcəyini deyib: “Mən hər fürsətdə xarici mütəxəssislərin iştirakı ilə xüsusi treninqlərin keçirilməsini təşkil edirəm. Həmin musiqiçilərin Bakı Musiqi Akademiyasında müəllim kimi çalışması isə maliyyəyə bağlı məsələdir. Maliyyəmiz olsa, bunu reallaşdırmaq çətin deyil. Yeni fikirlər, yeni metodlar bizə çox lazımdır. Ümidvaram ki, bu layihələrin reallaşması üçün vəsait tapacağıq”. F. Bədəlbəyli Bakı Musiqi Akademiyasında təhsil alan əcnəbi tələbələrin sayında artım olduğunu da diqqətə çatdırıb: “İldən-ilə onların sayı daha da artacaq”. Rektor yeniliklərin sentyabrın 18-dən sonra açıqlanacağını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR