Bank Of Baku

Fərhad Bədəlbəyli Murad Adıgözəlzadə və Murad Hüseynovla birgə konsert verəcək

Fərhad Bədəlbəyli Murad Adıgözəlzadə və Murad Hüseynovla birgə konsert verəcək
# 10 sentyabr 2008 12:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın xalq artisti Fərhad Bədəlbəyli tələbələri Murad Adıgözəlzadə və Murad Hüseynovla birgə konsert verəcək. Bu barədə APA-ya məlumat verən F. Bədəlbəyli konsertin Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcəyini deyib. Oktyabrda baş tutacaq konsertdə musiqiçilərlə bərabər Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri də çıxış edəcək. Noyabrda isə Fərhad Bədəlbəyli Nyu-Yorkda konsert verəcək. Qara Qarayevin yubileyinə həsr olunmuş konsertdə görkəmli bəstəkarın əsərləri səsləndiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR