Bank Of Baku

Moldovanın rus və gürcü teatrlarının kollektivləri Azərbaycana səfər edəcəklər

Moldovanın rus və gürcü teatrlarının kollektivləri Azərbaycana səfər edəcəklər
# 24 sentyabr 2008 09:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Moldovanın Anton Çexov adına Rus Dram və Şota Rustavili adına Gürcü Dram teatrlarının kollektivləri Azərbaycana səfər edəcəklər. Mədəniyyət və Turizm Nazirliyinin teatr sektorundan APA-ya bildirilib ki, Moldova Rus Dram Teatrının səfəri 23-26 oktyabr tarixlərində gerçəkləşəcək. Teatr kollektivi səfər çərçivəsində Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində üç tamaşa ilə çıxış edəcək. Bu tamaşalardan biri uşaqlar üçün nəzərdə tutulub. Noyabrda isə Moldova Gürcü Dram Teatrının kollektivinin Dövlət Musiqili Komediya Teatrının səhnəsində çıxışı olacaq .
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR