Bank Of Baku

Avropa ölkələri mədəniyyət nazirlərinin Bakı müşavirəsinə 10 İKT üzvü də dəvət olunub

Avropa ölkələri mədəniyyət nazirlərinin Bakı müşavirəsinə 10 İKT üzvü də dəvət olunub
# 25 sentyabr 2008 08:31 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Avropa ölkələri mədəniyyət nazirlərinin dekabrın 2-3-də Bakıda keçiriləcək müşavirəsinə ilk dəfə olaraq İslam Konfransı Təşkilatının (İKT) 10 üzvü, o cümlədən Özbəkistan, Qazaxıstan, Türkmənistan və Tacikistanın mədəniyyət nazirləri də dəvət olunublar. APA-nın məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Müstəqil Dövlətlər Birliyinin Mədəni Əməkdaşlıq Şurasının Qazaxıstanın Almatı şəhərində keçirilən 23-cü iclasında çıxışında deyib.

Qeyd edək ki, Bakı müşavirəsinin təşkilatçıları Avropa Şurası və Azərbaycan hökumətidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR