Bank Of Baku

Bakıda “Avropa Mədəni İrs Günləri” keçiriləcək

Bakıda “Avropa Mədəni İrs Günləri” keçiriləcək
# 26 sentyabr 2008 14:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanda Avropa Şurası və Avropa İttifaqının “Avropa: Ümumi İrs” Proqramı üzrə Bakıda “Avropa Mədəni İrs Günləri” keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət şöbəsinin mədəni sərvətlər (qoruqlar) sektorunun aparıcı məslhətəçisi Təranə Qəmbərova APA-ya deyib ki, bununla əlaqədar olaraq sentyabrın 27-si və 28-də şəhərin aparıcı qoruqlarında - Şirvanşahlar Sarayında, Qobustan Milli Tarix-Bədii Qoruğunda, ”Atəşgah” Mədəni Dövlət Tarix-Memarlıq Qoruğu, “Yanardağ” Dövlət Tarix Mədəniyyət və Təbiət Qoruğunda tədbirlər keçiriləcək. İki gün ərzində qeyd olunan qoruqlarda tələbələr, məktəblilər, uşaq evlərinin sakinləri üçün açıq qapı elan olunacaq və konsert proqramları təşkil ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR