Bank Of Baku

Azərbaycanda Tatarıstanın Mədəniyyət Günləri keçiriləcək

Azərbaycanda Tatarıstanın Mədəniyyət Günləri keçiriləcək
# 26 sentyabr 2008 14:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. 3-6 oktyabr tarixlərində Azərbaycanda Tatarıstanın Mədəniyyət Günləri keçiriləcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva məlumat verib. Səfər çəvçisində nümayəndə heyəti Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edəcək, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüş, muzeylərə ekskursiyaları təşkil olunacaq. Oktyabrın 4-də Muzey Mərkəzində “Tatarıstanın müasir incəsənəti” adı altında sərginin açılışı olacaq. Oktyabrın 4-də Dövlət Musiqili Komediya Teatrında keçiriləcək mədəniyyət günlərinin açılış mərasimində Tatarıstanın incəsənət ustaları konsert proqramı ilə çıxış edəcəklər. İncəsənət ustaları eyni konsert proqramını oktyabrın 5-də Xırdalan Mədəniyyət Mərkəzində də nümayiş etdirəcəklər. Tədbirin sonuncu günündə Mirzə Fətəli Axundov adına Milli Kitabxanada görüşün keçirilməsi və qarşılıqlı əməkdaşlıq haqqında sazişin imzalanması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR