Bank Of Baku

Qara Qarayevə həsr olunmuş “Bir ömürə sığmayan musiqi” adlı foto-sərgi açılıb

Qara Qarayevə həsr olunmuş “Bir ömürə sığmayan musiqi” adlı foto-sərgi açılıb
# 27 sentyabr 2008 10:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Muzey Mərkəzində Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevə həsr olunmuş “Bir ömürə sığmayan musiqi” adlı foto-sərginin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu və Dövlət Foto-Kino Sənədləri Arxivinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə çıxış edən Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev nümayiş olunan fotoların Rusiya Dövlət Kino Arxivindən gətirildiyini bildirib. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Qara Qarayevin tələbəsi olmuş Firəngiz Əlizadə, sənətşünas Lalə Hüseynova və kinoşünas Aydın Kazımzadə görkəmli bəstəkarın həyat və yaradıcılığından söz açıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR