Bank Of Baku

MDB-nin mədəni əməkdaşlıq üzrə Şurasının iclasına Əbülfəs Qarayev sədrlik edib

MDB-nin mədəni əməkdaşlıq üzrə Şurasının iclasına Əbülfəs Qarayev sədrlik edib
# 27 sentyabr 2008 12:58 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Qazaxıstanın Almatı şəhərində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə MDB-nin mədəni əməkdaşlıq üzrə Şurasının XXIII iclası keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, iclasda MDB ölkələrinin mədəniyyət sahəsində əməkdaşlığına dair konsepsiya layihəsi qəbul olunub. Mədəniyyət və incəsənət sahəsində təhsilin inkişaf konsepsiyasının işlənib hazırlanmasına da qərar verilib. Şuranın növbəti iclasının 2009-cu ilin üçüncü rübündə Tacikistanda keçirilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR