Bank Of Baku

“Yaddan çıxmaz Qarabağ” ümumrespublika mədəni-siyasi aksiyasına start verilib

“Yaddan çıxmaz Qarabağ” ümumrespublika mədəni-siyasi aksiyasına start verilib
# 02 oktyabr 2008 09:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Yaddan çıxmaz Qarabağ” ümumrespublika mədəni-siyasi aksiyasına start verilib. APA-nın məlumatına görə, aksiyanın ilk günündə Milli Parkda “Qarabağ uşaqların gözü ilə” adı altında uşaqların asfalt üzərində rəsm sərgisi təşkil olunub. Yeddi incəsənət məktəbindən 30-a yaxın azyaşlı rəssamın iştirak etdiyi aksiyada nümayiş etdirilən rəsm əsərləri münsiflər heyəti tərəfindən seçiləcək və ən yaxşı əsərlərin müəllifləri fəxri fərmanlarla təltif olunacaqlar. Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva jurnalistlərə açıqlamasında bu aksiyanın artıq üçüncü ildir təşkil olunduğunu bildirib: “Hər il olduğu kimi, bu il də bir həftə ərzində teatrların repertuarında Qarabağ mövzusunda tamaşaların, bədii və sənədli filmlərin nümayişi, konsert proqramlarının təşkili nəzərdə tutulur”.

Qeyd edək ki, mədəni-siyasi aksiya çərçivəsində oktyabrın 3-də İrəvan Dövlət Azərbaycan Dram Teatrında “Əsgər anası” tamaşası göstəriləcək. Oktyabrın 4-də Dövlət Mahnı Teatrında konsert proqramının təşkili, ayın 5-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vasif Adıgözəlovun “Natəvan” operasının, ayın 6-da Dövlət Akademik Milli Teatrında Hüseynbala Mirələmovun “Xəcalət” tamaşasının nümayişi, Azərbaycan Dövlət Filarmoniyasında “Qarabağın avazı” adı altında Xalq Çalğı Alətləri Orkestrinin konserti, ayın 7-də isə Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivinin ifasında “Ağ qayıq” tamaşasının nümayişi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR