Bank Of Baku

Azərbaycan Opera və Balet Teatrında səhnəyə qoyulacaq “Traviata” operasını italiyalı dirijor idarə edəcək

Azərbaycan Opera və Balet Teatrında səhnəyə qoyulacaq “Traviata” operasını italiyalı dirijor idarə edəcək
# 02 oktyabr 2008 10:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Oktyabrın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində azərbaycanlı, rusiyalı və italiyalı ulduzların ifasında Cüzeppe Verdinin “Traviata” operası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən APA-ya bildirilib ki, tamaşada teatrın opera truppasının tanınmış vokalçıları, əməkdar artistlər Əvəz Abdullayev, Əli Əsgərov, Əkrəm Poladov, Səbinə Əsədova da çıxış edəcəklər. Azərbaycan vokal sənətinin gənc ulduzlarından biri olan Dinara Əliyeva isə Viloletta partiyasını ifa edəcək. D. Əliyeva 2005-ci ildə vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsinin, 2007-ci ilin martında opera ifaçılarının Mariya Kallas adına beynəlxalq müsabiqəsinin, 2007-ci ilin avqustunda isə gənc opera müğənnilərinin Yelena Obraztsova adına beynəlxalq müsabiqəsinin laureatı adına layiq görülüb. Bir müddət Azərbaycan Opera və Balet Teatrında çalışan və klassik opera tamaşalarında aparıcı partiyaları uğurla ifa edən Dinara Moskvada yaşayır və çalışır.

Tamaşada əsas partiyalardan biri – Alfred partiyasını ifa etmək üçünsə Rusiyanın əməkdar artisti, Sankt-Peterburq Akademik Opera və Balet Teatrının solisti Əhməd Ağadi dəvət olunub. Tamaşanı italiyalı dirijor Fabio Mastranjelo idarə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR