Bank Of Baku

Kinorejissor Bolat Şəmşiyev Azərbaycana gələcək

Kinorejissor Bolat Şəmşiyev Azərbaycana gələcək
# 02 oktyabr 2008 13:27 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Qırğızıstan prezidentinin mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri, məşhur kinorejissor Bolat Şəmşiyev oktyabrın 3-də Azərbaycana səfərə gələcək. Dünya Azərbaycanlıları Konqresinin (DAK) İdarə Heyətinin üzvü İsmayıl Ağayevin APA-ya verdiyi məlumata görə, səfər Azərbaycan Prezidentin İcra Aparatının, DAK Azərbaycan nümayəndəliyinin və Türk Dövlətlərinin Siyasətinə Dəstək İctimai Birliyinin təşəbbüsü ilə həyata keçiriləcək. Səfər çərçivəsində B. Şəmşiyev Azərbaycanın ictimai-siyasi, ədəbi və mədəni mühiti ilə tanış olacaq, o cümlədən ictimaiyyət nümayəndələri ilə görüşəcək. İ. Ağayev deyib ki, B. Şəmşiyev Azərbaycanda olduğu müddətdə Qubada da olacaq. O, Azərbaycanda erməni-rus hərbi birləşmələri tərəfindən 1918-ci ildə soyqırıma məruz qalan azərbaycanlıların kütləvi məzarlığını ziyarət edəcək. Qeyd edək ki, səfər oktyabrın 10-da yekunlaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR