Bank Of Baku

Azərbaycanda Tatarıstan Mədəniyyət Günləri qeyd olunur

Azərbaycanda Tatarıstan Mədəniyyət Günləri qeyd olunur
# 03 oktyabr 2008 14:06 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Bu gündən Azərbaycanda Tatarıstanın Mədəniyyət Günləri qeyd olunur. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva məlumat verib. Nümayəndə heyətinin bu gün Azərbaycan Dövlət Filarmoniyasında Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş tədbirdə iştirakı nəzərdə tutulub. Sabah Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarətdən sonra Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında qonaqlarla görüş keçiriləcək. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nümayəndə heyətini qəbul edəcək. Bundan başqa, Tatarıstanın müasir rəssamlarının sərgisi keçiriləcək. Tatarıstanın Mədəniyyət Günlərinin təntənəli açılış mərasimində isə Tatarıstanın incəsənət ustalarının konserti təşkil olunacaq.
Azərbaycanda qeyd olunan Tatarıstan Mədəniyyəti Günləri oktyabrın 6-da yekunlaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR