Bank Of Baku

Bakı Musiqi Akademiyasının keçmiş rektoru vəfat edib

Bakı Musiqi Akademiyasının keçmiş rektoru vəfat edib
# 13 fevral 2009 09:48 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycan musiqişünaslığının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Bəstəkarlar İttifaqının üzvü, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Elmira Əbdülhəmid qızı Abasova ömrünün 77-ci ilində uzun sürən xəstəlikdən sonra fevralın 12-də vəfat edib.

APA-nın məlumatına görə, E. Abbasova 1977-1991-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru olub. O, Azərbaycan milli bəstəkarlıq məktəbinin tarixində müstəsna rolu olmuş bəstəkarlar - Qara Qarayev, Fikrət Əmirov, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Niyazi, Səid Rüstəmov, Rauf Hacıyev, ifaçılıq sənətimizin görkəmli nümayəndələri Bülbül, Qurban Pirimov, Bəhram Mansurov, Rəşid Behbudova həsr olunmuş kitabların, məqalə və oçerklərin müəllifidir.

E. Abasova Azərbaycan muğamının üslub xüsusiyyətlərini və bədii əhəmiyyətini araşdıran musiqişünaslardan olub, onun fəaliyyətində müəllimlik xüsusi yer tutub. Ömrünün yarım əsrdən çox hissəsini musiqiyə həsr etmiş E. Abasova bir çox musiqişünas, onlarla elmlər namizədi yetirib.

Görkəmli musiqişünas dünən Bakıda dəfn olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR