Bank Of Baku

“GUAM ölkələrinin mədəniyyət siyasəti üzrə İnformasiya Observatoriyası” adlı saytın açılış mərasimi keçirilib

“GUAM ölkələrinin mədəniyyət siyasəti üzrə İnformasiya Observatoriyası” adlı saytın açılış mərasimi keçirilib
# 19 dekabr 2007 10:09 (UTC +04:00)
Bu gün Bakıda “GUAM ölkələrinin mədəniyyət siyasəti üzrə İnformasiya Observatoriyası” adlı saytın açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev internet səhifəsinin UNESCO-nun Moskva bürosunun dəstəyi ilə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradıldığını deyib. O bildirib ki, mədəni sahədə əməkdaşlıq GUAM ölkələrinin siyasətinin tərkib hissəsidir. 2009-cu ildə Bakının İslam dünyasının mədəni mərkəzi elan olunacağını xatırladan Ə. Qarayev həmin tarixə qədər Azərbaycanda UNESCO-nun xətti ilə 1-ci mədəniyyət forumu, beynəlxalq teatr festivalı, beynəlxalq siyasi filmlər festivalının keçiriləcəyini söyləyib.
Qeyd edək ki, tədbirdə Gürcüstanın, Ukraynanın, Moldovanın və Litvanın Azərbaycandakı səfirləri, Azərbaycanın GUAM-dakı təmsilçisi Səbuhi Təmirov, UNESCO üzrə Milli Komissiyanın üzvü Emil Həsənov çıxış ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR