Bank Of Baku

Üzvlük haqqını ödəməyənlər Memarlar İttifaqının üzvlüyündən çıxarılacaq

Üzvlük haqqını ödəməyənlər Memarlar İttifaqının üzvlüyündən çıxarılacaq
# 19 dekabr 2007 11:24 (UTC +04:00)
Bu gün Azərbaycan Memarlar İttifaqının qurultayından sonra ilk plenum iclası keçirilib. APA-nın məlumatına görə, Memarlar İttifaqının I katibi Elbəy Qasımzadə plenumda müzakirə ediləcək məsələlər haqqında məlumat verib. Onun sözlərinə görə, Memarlar İttifaqı katibliyinin qurultaydan sonra gördüyü işlər təqdirəlayiqdir: “Üç ay müddətində Memarlar İttifaqının ikinci mərtəbəsi kirayədən azad olunub və dam örtüyü yenilənib. Bu məsələlərin həlli ittifaqın işinin daha da gücləndirilməsinə təkan verəcək. Uzun müddət idi ki, maliyyə çatışmazlığı səbəbindən ittifaqın ikinci mərtəbəsi xarici şirkətə kirayə verilmişdi. Qısa müddətdə bu binanın yenidən bizə xidmət etməsinə nail olmuşuq. Çox təəssüf ki, maliyyə problemlərimiz hələ də davam edir. Bununla bağlı maliyyə naziri Samir Şərifova müraciət etmişik və müraciətimiz hələ də açıq qalır. Müraciətimizə cavab olaraq maliyyə naziri fərdi şəkildə fəaliyyət göstərən, lakin ittifaqın üzvləri olan memarların səyi ilə maliyyə problemimizi həll etməyi məsləhət görüb. Bu da qanuna uyğundur. Bizə dövlət büdcəsindən maliyyə ayrılması ilə bağlı məsələ hələ həll olunmayıb”. E. Qasımzadə bildirib ki, maliyyə probleminin həlli ittifaq üzvlərinin üzvlük haqqının ödənilməsi ilə qismən həll oluna bilər: “Ancaq çox təəssüf ki, memarlarımızın bəziləri 1991-ci ildən bəri üzvlük haqqını ödəməyiblər. Bu problemin həlli üçün dəfələrlə memarlarımızla əlaqə saxlamışıq, ancaq bu problem hələ də davam edir. Bu gün Memarlar İttifaqının 506 üzvü var. Bu, Azərbaycanda ən çox üzvü olan ittifaqdır. Biz belə qərara gəlmişik ki, qoyduğumuz vaxta kimi uzun müddət üzvlük haqqını ödəməyən memarlar üzvlüdən çıxarılsın”. I katib məsələnin ilin sonuna kimi həll olunması vacib sayıb.
Plenumda təcrübəli, bilikli mütəxəssislərdən ibarət ekspertlər qrupunun təşkil ediləcəyini bildirilib. E. Qasımzadənin sözlərinə görə, şəhərlərimizin görkəmini təşkil edəcək yeni layihələrin ictimai müzakirəsi ekspertlərin rəyi əsasında aparılacaq. Plenum iclasında Memarlar İttifaqının Təftiş Komissiyasının sədri Rəfael Həsənov Memarlar İttifaqının məsul katibi vəzifəsinə təyin olunması ilə əlaqədar sədrlikdən azad olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR