Bank Of Baku

Bu il Azərbaycan mədəniyyəti və incəsənəti ağır itkilər verib

Bu il Azərbaycan mədəniyyəti və incəsənəti ağır itkilər verib
# 25 dekabr 2007 11:19 (UTC +04:00)
Kəskin ürək çatışmazlığından əziyyət çəkən xalq şairi Qabil aprelin 3-dən 4-nə keçən gecə, aktyor Ramiz Sərkərov isə aprelin 6-dan 7-nə keçən gecə dünyalarını dəyişiblər. Avqust ayında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru, əməkdar artist Ələkbər Hüseynov qaraciyər serrozundan vəfat edib. Aktyor Şahin Cəbrayılov isə sentyabr ayında rəhmətə gedib. Xalq yazıçısı Hüseyn Abbaszadə, şairlər Ağa Laçınlı, İbrahim Göyçaylı, akademik Kamal Talıbzadə, əməkdar incəsənət xadimi Xanımana Əlibəyli də bu il gözlərini əbədi olaraq yumublar. Kinooperator Şərif Şərifov, skripkaçı Bayandur Mehdiyev, əməkdar incəsənət xadimi Həsənağa Qurbanov, Bakı Musiqi Akademiyasının kafedra müdiri Rəsul Rəsulov da bu il dünyasını dəyişən mədəniyyət xadimləri arasındadır. Xalq rəssamları Elbəy Rzaquliyev, Böyükağa Mirzəzadə, Rasim Babayev, Sara Manafova, əməkdar rəssam Əkrəm Həsənzadənin vəfatı isə Azərbaycan təsviri incəsənətində böyük itki sayılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR