Paşha Bank
Bank Of Baku

Azərbaycan mədəni irsinin ermənilər tərəfindən mənimsənilməsi faktlarının araşdırılması məqsədilə xüsusi İşçi Qrup yaradılıb

Azərbaycan mədəni irsinin ermənilər tərəfindən mənimsənilməsi faktlarının araşdırılması məqsədilə xüsusi İşçi Qrup yaradılıb
# 27 dekabr 2007 11:36 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Müəllif Hüquqları Agentliyinin sədri Abutalıb Səmədov deyib. O bildirib ki, Azərbaycan bəstəkarları Fikrət Əmirovun “Kor ərəbin mahnısı” və Tofiq Quliyevin “Sənə də qalmaz” əsərlərinin ermənilər tərəfindən qeyri-qanuni olaraq erməni nümunələri kimi təqdim olunması ilə əlaqədar həmin əsərlərin Azərbaycan müəlliflərinə məxsus olduğunu təsdiqləyən faktlar toplanıb: “Toplanan sənədlər Ümumdünya Əqli Mülkiyyət Təşkilatına və Rusiyanın müvafiq qurumlarına göndərilib”. Agentlik sədrinin sözlərinə görə, başa çatan 2007-ci il ərzində Azərbaycan Müəllif Hüquqları Agentliyində 1683 əsər dövlət qeydiyyatından keçib. Bundan əlavə, Agentlikdə Azərbaycan folkloru nümunələrinin reyestrinin hazırlanması işinə də başlanılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR